University of Edinburgh

University of Edinburgh (Edinburgh Üniversiteti) 

1582-ci ildə əsası qoyulan Edinburgh Universiteti ingilis dilli ölkələr arasında 6-cı ən qədim və həmçinin Şotlandiyanın tarixi universitetlərindən biridir. Universitet ona aid olan tarixən Qədim Şəhərdə yerləşən bir çox binalarla şəhərlə dərin əlaqələndirilib.

2014/15 QS Dünya Reyting cədvəli 16 Sentyabrda ötən ilki yerini saxlayaraq universitetimizin 17-ci yerdə qərarlaşdığını elan edərək Edinburghu Şotlandiyanin ən yüksək reytingli universiteti kimi qeyd etdi.Avropada U.S. News’ Best Global Universitet reytinq cədvəli tərəfindən 6-cı ən yaxşı universitet kimi yer tutan Eginburgh Universiteti Avropada 21 tədqiqat universitetinin consorsiumu olan Russel Qrupu və Avropa Tedqiqat Universitetlərinin Liqasının üzvüdür. Cambridge və Oxford universitetlərindən sonra Birləşmiş Krallıqda ən böyük dəstək fonduna malikdir.

Məlumat İstə

Xaricdə Təhsil- Məlumat İstə!


Pulsuz Broşur

Pulsuz Broşur İstə!


Birə-bir Görüşmə İstəyin

Birə-bir Görüşmə İstəyin.


Important Information

World
Ranking
29
Rankings
6
Established
1583
Proqramlar
Beşeri Bilimler ve Sosyal Bilimler, Fen Bilimleri ve Mühendislik, Tıp ve Veterinerlik
Tuition Fees

Gələcəyiniz üçün sərmayə

Edinburghda təhsil almağı seçin və bələliklə uğurlu gələcək qurmağa kömək edəcək təhsilə sərmayə qoyacaqsınız.

Siz təhsildə və tədqiqatda ən yaşısını təcrübə edəcəksiniz. Yenilikçi və praktiki yanaşmamız vasitəsilə sizi iş və karyera perspektivlerinizi artıracaq bacarıq, anlayış və dünyagörüşləri ilə təmin edəcəyik.

Bizim çevik təhsil proqramlarımız, dünya səviyyəli qurğular və mükafat qazanmış dəstək xidmətlərimiz sizə Edinburghdakı təcrübənizin mütəsna və bənzərsiz olacağını təmin etmək üçün birləşir.

Siz həmçinin Şotlandiyanın dağları və çimərlikərinin düz yanında keçirilən dünyaca məşhur ənənəvi festivalları olan canlı və tarixi paytaxt şəhərində yaşıyacaqsız. Biz inaniriıq ki sizin seçiminiz təhsilinizin keyfiyyətində və tələbəlik təcrübənizdə mükafatlandırılacaqdır.

Edinburgh Universitetinin akademik quruluşu 3 Kollec və ümumilikdə 20 məktəb üzərində qurulmuşdur.

 

Kolleclər

Humanities & Social Science, College of

Medicine & Veterinary Medicine, College of

Science & Engineering, College of

 

Məktəblər

Biological Sciences, School of

Business School

Chemistry, School of

Divinity, School of

Economics, School of

Edinburgh College of Art

Edinburgh Medical School: Biomedical Sciences

Edinburgh Medical School: Clinical Sciences

Edinburgh Medical School: Molecular, Genetic and Population Health Sciences

Education, The Moray House School of

Engineering, School of

GeoSciences, School of

Health in Social Science, School of

History, Classics and Archaeology, School of

Informatics, School of

Law, School of

Literatures, Languages and Cultures, School of

Mathematics, School of

Philosophy, Psychology and Language Sciences, School of

Physics and Astronomy, School of

Social and Political Science, School of

Veterinary Studies, Royal (Dick) School of

Biz üçqat akkreditasiyanı saxlamaq üçün dünyada biznes məktəbəlrinin top 1%-I içindəyik. Onlar aşağıdakılarla mükafatlandırılıblar:

-The US Association to Advance Collegiate Schools of Business (AACSB)

-The European Quality and Improvement System (EQUIS)

-The Association of MBAs (AMBA)

Avropanın aparıcı biznes məktəblərindən biri kimi 88 ölkəni təmsil edən beynəlxalq tələbələrdən ibarət olub müxtəlif mədəniyyətlər və köklərdən yeni ideyaları cəlb edirik. 120-dən çox ölkədə olan məzunlarımız sizə bütün dünyadan çoxlu əlaqələr yaratmağa imkan verəcək.

Biznes məktəbi bakalavr, magistr və PhD tələbələri üçün akademik olaraq ciddi və yüksək səviyyədə hazırlanmış proqramlar təklif edir. Tədris və tədqiqat altı əsas fənni əhatə edir: mühasibat və maliyyə, sahibkarlıq və innovasiya, idarəetmə elmi və biznes iqdisadiyyat, marketinq, təşkilati işlər və strategiya və beynəlxalq biznes.

Edinburgh MBA:

Tam vaxtlı (Full-time) və İdarə (Executive) MBA-i daxil olan Edinburgh MBA sizi özünüzün biznes sektorunda strateji lider kimi hazırlamağınız üçün flaqman proqramına məktəbin unikal yanaşmasını əhatə edir.

Biznes dünyası surətlə dəyişir və bu liderliyə yeni yanaşmalar tələb edir. Bizim MBA proqramımız düşüncənin yeni yolları üzərində fokuslaşmaq və sizin şəxsi və liderlik imkanlarınızı inkişaf etdirməklə qarşıdakı yeni qlobal problemlər üçün biznes menecerləri hazırlamaq üçün dizayn olunmuşdur.

Bizim fakultəmiz öz sahəsində irəlidə olan beynəlxalq akademiklərdən ibarətdir. Biz həmçinin ən son biznes təcrübələri və bunula bağlı məsələlərdə müzakirələrə rəhbərlik etməsi üçün sənayedən yüksək səviyyəli direktorları və mütəxəssisləri dəvət edirik. Korporativ sektorlarla işləmək məktəbin tədris və öyrənmə yanaşmasının özəyini təşkil edir. Biz sizi ən son anlayışlara gətirmək, sizə gerçək biznes problemlerini həll etməklə öyrənmək imkanı vermək və karyeranız üçün faydalı olacaq şəbəkə və əlaqələri genişləndirmək məqsədilə işləyirik.

MBA universitet kampüsünün əsas hissəsində mükəmməl avadanlıqlarla təmin olunmuş tədrisdir. MBA iştirakçılarının müvafiq tədris avadanlıqlarına, bir çox sindikat otaqlar, biznes məktəb kafelərinə və əlavə MBA zirzəmi suitlərinin xüsusi istifadəsinə giriş imkanları vardır.

MBA təhsilinizdən sonra dünyada 3 600-dən çox Edinburgh mezunları şəbəkəsinə qoşulacaqsınız. Bu şəbəkə 90 ölkə üzrə uzanır və əlaqələrin, informasiyanın və məsləhətlərin çox dəyərli mənbəyini təmin edir.

MSc Proqramları

Əmək bazarı inkişaf etməyə davam etdiyi kimi rəqabət də güclənməyə davam edəcək. Edinburgh universitetindən dünya səviyyəli magistr proqramları ilə siz çoxluq içində möhkəm dayanmaq və məqsədlərinizə nail olmaq üçün lazım olan bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Bizneslə güclü əlaqələrimiz universiteti müasir məsləhətlər, tədqiqat və işə qəbula yardımın əsasına çevirir. Tələbələrimiz layihələrdən istifadə edib korporativ əməkdaşlar üçün tədqiqat aparmaqla biznes və sektorlarla əlaqələr yaratmaq fürsəti əldə edəcəklər. Siz Biznes Məktəbinin inkişaf komandası və Universitetin xüsusi mükafatını qazanmış Karyera xidməti tərəfindən təqdim olunan keyfiyyətli karyera təlimatından faydalanacaqsınız. Sahibkarlıq ruhunu möhkəmləndirmək üçün E-klub həftəlik olaraq faydalı yarışlar və biznes planlama fəaliyyətlərinə sahiblik edir.

 

Accounting and Finance

Banking and Risk

Finance and Investment

Energy Finance and Markets

Financial Management

Carbon Finance

Human Resource Management

International Business and Emerging Markets

Management

International Human Resource Management

Entrepreneurship and Innovation

Marketing

Marketing and Business Analysis

Biz inanırıq ki, dörd illik çevik bakalavr təhsilimiz sizə gələcək karyeranızda ən yaxşı uğurları əldə etmək şansı verəcək. Şotlandiya dərəcəsi sizə daha geniş sərhədli və daha uyğun təshil vermək üçün dörd illik təhsil nəzərdə tutmuşdur. Bu isə sizə ixtisaslaşmazdan öncə müxtəlif fənnləri öyrənmək üçün cəhd etmək imkanı verir. Hətta siz dəqiq olaraq nə etmək istədiyinizi bilsəniz belə əlavə fənnləri almaq və təhsilinizə dərinlik əlavə edə bilərsiniz.

İlbəil

Bizim incəsənətdə, humanitar fənnlərdə, mühəndislikdə, elmi və ya social fənnlərdə olan bir çox proqramlarımız qabaqdakı iki ildə ixtisaslaşmazdan öncə ilk ilinizdə müxtəlif fənnlərdə təhsil almaq imkanı verir. Birinci ildə adətən 3 dərsiniz olur. Şəxsi müəllim köməyi ilə uyğun olanlardan 3-nü seçə və yaxud müxtəlif fənnlərlə təcrübə apara bilərsiniz. 2-ci ildə isə siz biləcəksiniz ki, hansı istiqamətdə davam etmək və hansı fənnləri oxumağa cəhd etmək istəyirsiniz. Beləliklə 3-cü və 4-cü illərdə isə siz hansı sahədə ixtisaslaşmaq istədiyinizdəm daha əmin olacaqsınız. Məzun olduğunuzda isə əldə etdiyiniz dərin bilikləriniz seçdiyiniz sahədə müvəffəqiyyətin ən yaxşını verərək işəgötürənlər tərəfindən yüksək səviyyədə qiymətləndiriləcəkdir.

Bakalavra QƏBUL tələbləri

Bizim qəbul tələbərimiz akademik göstəricilərə görə müəyyən edilir. Biz tələb edirik ki, ərizəçi artıq təhsil almaq üçün şərtsiz qebul almağa tam hazır olsun və yaxud qazanmaq bacarığına sahib olub, şərtli qəbul üçün nəzərə alınmaq üçün uyğun olsun.Azərbaycandan olan tələbələr Edinburgh Universitetinə bir çox istisaslar ilə qəbul alırlar.

Orta təhsilli Azərbaycan tələbələrindən Edinburgh Universitetində adətən bakalavr təhsilinə başlamamışdan qabaq bir illik Təməl (Foundation) proqramını müvəffəqiyyətlə tamamlamaq tələb olunurlar.

Azərbaycanlı tələbələr üçün minimum bakalavr qəbul tələbləri:

-Orta təhsil haqqında minimum 4.0/4.5 göstərici ilə sənəd və əlavə olaraq tanınan təməl (Foundation) proqramı tamamlamaq.

Bəzi hallarda biz ortalama yaxşı/əla dərəcə ilə tanınmış universitetdə bir illik bakalavr təhsilini gostərən sənəd ilə qəbul edə bilərik.

Biz bir çox UK və beynəlxalq kvalifikasiyaları bakalavr proqramlarımıza qəbul edirik. Əlavə məlumat üçün zəhmət olmasa umumi qəbul tələblərimizə baxın

- A Səviyyəsi

- Beynəlxalq Bakalavr Dərəcəsi

- US kvalifikasiyası

Yuxarıda sadalananlara malik olan ərizəçilərdən başqa digərləri adətən Universitetə qəbul olunmamışdan öncə Təməl (Foundation) Proqramı bitirməyi tələb olunurlar.

Qəbul məqsədi üçün ingilis dili tələbləri

Bütün ərizəçilər mütləq ingilis dili üçün Universitetin ümumi tələblərini qarşılamalıdırlar. Zəhmət olmasa öz məsləhətçinizdən qebul olmaq istədiyiniz ixtisas üzrə sizə lazım olan IELTS balınızı soruşun.

Biz Edinburghda bir çox seçimlər təklif edirik: peçəkar ixtisaslardan tutmuş mütəqil tədqiqatlara, kampüs daxilində tədris proqramları və yarım vaxtlı (part-time), onlayn təhsilə qədər olan seçimlər arasından özünüzə uyğun öyrənmək metodunu tapacaqsınız. Biz tam potesiala çatmağınıza kömək etmək üçün yüksək keyfiyyətə və yenilikçi tədrisə məsuliyyətlə yanaşırıq. Edinburgh həmçinin dünyanın aparıcı tədqiqat universitetlərindən biridir

İşə qəbulda dünyada 18-ci yerdə qərarlaşan Edinburgh Universiteti perspektivləri ilə magistratura üçün mükəmməl seçimdir.

Biz həm iş dünyasında yarışmaq, həm də qlobal ictimaiyyətdə tam potensiala nail olmağınız üçün qabiliyyətinizi artıracaq bacarıq və özəllikləri inkişaf etdirmək məsuliyyətini almışıq.

Mükafat qazanmış Karyera xidmətimiz tərəfindən təmin edilən xüsusi dəstəyə əlavə olaraq biz akademiklər, sənaye, mütəxəssislər və digər istitutlar ilə məzun olaraq sizin davranışlarınızı inkişaf etdirmək və bütün tədris planına işə alınmanı daxil etmək üçün strateji tərəfdaşlıq edirik.Magistratura oxumaq üçün siz uyğun ixtisasda yaxşı və ya mükəmməl dərəcəyə sahib olmalısınız(UK-də birinci və ya üst səviyyəli ikinci sinif fərqlənməyə ekvivalent olaraq).Biz həmçinin bərabər ixtisas və ya iş təcrübəsini də qəbul edə bilərik.

Xüsusi qəbul tələbləri dərəcə proqramlarına görə dəyişir və siz müraciət etməmişdən öncə lazımi ixtisasa malik olduğunuzu təsdiq etməlisiniz.

Müraciət etdiyiniz ixtisasdan asılı olaraq sizing 7.0 və ya 7.5 IELTS sertifikatınız olamlıdır.

Tövsiyyə etdiyimiz digər məktəblər