Xarici Universitetlər

Xarici Universitetləre müraciətlər, ölkələrə görə universitet təhsil sistemi, müraciət edə biləcək ən yaxşı universitet /bölümlərin seçilməsi, qəbul tələbləri, xaricdə universitet qiymətləri, təqaüd, viza və yerləşdirmə kimi xaricdə universitet təhsilinə dair hər mövzuda məlumat və məsləhətə ehtiyac duyursunuzsa Levant Xaricdə Təhsil sizinlədir. Hər il yüzlərlə tələbə İngiltərə, Kanada, Amerika, İrlandiya, Hollandiya və Almaniya kimi dünyanın ən əhəmiyyətli ölkələrindəki xarici universitetlərdə yerləşdirilir və biz onları arzularına çatdırırıq. Levant ilə xaricdə universitet təhsil xidmətinmizdən faydalanın və müraciət prosesini ekspert məsləhətçilərin iştirakı ilə etibarlı addımlarla xarici universitetlərə müraciət əməliyyatlarınızı başladın.

Niyə Xaricdə Universitet Təhsili?

Xaricdə təhsil almaq və fərqli bir ölkədə yaşamaq üçün bir çox səbəb var, lakin biz yalnız beş əhəmiyyətli nöqtəyə diqqətinizi çəkirik.

1- Prestijli universitetdə, dünya standartlarında keyfiyyətli universitet təhsili

  Xaricdə təhsil almaqğa üstünlük verilməsinin ən böyük səbəblərdən biri, nüfuzlu bir universitetin dünya standartlarında keyfiyyətli təhsil almaq arzusundan irəli gəlir. Buna görə Amerika, Kanada, İngiltərə, İrlandiya, Hollandiya və Almaniya kimi ölkələrə universitet müraciətləri hər keçən gün artır.

2- Başqa bir ölkənin mədəniyyətini öyrənmək

Bir çox beynəlxalq tələbələr üçün uzun müddət xarici ölkədə yaşamaq və bu ölkəyə 100% inteqrasiya etmək şansına malik olmaq çox vacibdir. Bildiyiniz yeni mədəniyyət sayəsində tamamilə fərqli bir dünyagörüşünə sahib olursunuz. Bu, daha yaxşı bir iş və karyera fürsəti gətirir.

3- Təqaüd imkanları və ya aşağı təhsil haqqı

Xüsusilə akademik olaraq uğurlu tələbələr üçün, getmək istədikləri ölkələrdən və müraciət edəcəkləri universitetlərin verdiyi bir çox təqaüd imkanı var. Təqaüd imkanları, müvəffəqiyyətli şagirdlər üçün keyfiyyətli təhsili əlçatan edir.

4- Xarici dilin irəli səviyyəyə çatması:

Xaricdə təhsil almaq sayəsində, həqiqətən də ana diliniz qədər yaxşı bir xarici dil səviyyəsinə sahib olursunuz. Bu məzunlar üçün daha yaxşı bir karyera imkanı təmin edir.

5- Beynəlxalq və peşəkar şəbəkənin bir hissəsi olmaq

Bəlkə də xarici universitet təhsilinin sizə katacağı ən böyük fayda məzun olacağınız universitetin geniş beynəlxalq network şəbəkəsinə qatılmanızdır. Bunun sayəsində iş və karyera imkanlarınız artır, işəgötürənlər üçün daha qiymətli hala gəlirsiniz.

Xarici Universitetin qiymətləri nədir?

Xarici universitet qiymətləri ölkəyə və müraciət etmək istədiyiniz bölməyə görə dəyişir. Məsələn, Almaniyanın dövlət universitetlərində az miqdarda təhsil haqqını ödəməli olduğunuz halda, sıralamanın ortasında gələn bir İngiltərə universiteti üçün illik £ 13,000 GBP təhsil haqqını nəzərə almalısınız.

Böyük Britaniya universitetlərinin illik qiymətləri £ 12,000-dan £ 20,000 GBP arasında dəyişir.

Amerika universitetlərinin illik qiymətləri $20.000-$60.000 ABŞ dolları arasında dəyişir.

İrlandiya Universitetlərinin illik qiymətləri € 12.000- € 20.000 arasında dəyişir.

Kanada universitetlərin illik qiymətləri $ 20.000- $ 60.000 arasında dəyişir

Almaniyada universitetlərin qiymətləri müraciət edəcəyiniz universitetin tipinə görə dəyişir. Alman Dövlət Universitetlərində təhsil haqqı €500 Avrodan aşağı qiymətə malikdir. Özəl Universitet ödənişləri €9000- €20.000 avro arasında dəyişir.

Hollandiya universitetlərin qiymətləri müraciət edəcəyiniz universitetin tipinə görə dəyişir. Hollandiya Dövlət Universitetlərində təhsil haqqı €500 Avrodan aşağı qiymətə malikdir. Xüsusi Universitet ödənişləri €9000- €20.000 avro arasında dəyişir.

Avstraliya universitetlərinin illik qiymətlər $ 30.000-$ 60.000 arasında dəyişir

Yeni Zelandiya universitetlərinin illik qiymətləri $ 30 000 -$ 60 000 NZD arasında dəyişir.

Xaricdə təhsil almaq üçün təqaüd varmı?

Getmək istədiyiniz ölkələrə və müraciət edəcəyiniz universitetlərə görə fəqli təqaüd imkanına sahibsiniz. Müraciət edə biləcəyiniz xarici təhsil təqaüdləri üçün buranı araşdırın.

Hansı ölkələrə xaricdə universitet yerləşdirmə xidmətlərini təklif edirik?

Böyük Britaniya Universitet müraciətləri

ABŞ Universitet müraciətləri

İrlandiya Universitet müraciətləri

Kanada Universitet müraciətləri

Almaniya Universitet müraciətləri

Hollandiya Universitet müraciətləri

Avstraliya Universitet müraciətləri

Yeni Zelandiya Universitet müraciətləri

Levant Xaricdə Təhsil ilə Xarici Universitetlərə müraciət etməkdə 6 əhəmiyyətli avantajınız var

Mərkəzi İngiltərədə yerləşən Levant Education Group damı altında fəaliyyət göstərən Levant Xaricdə Təhsil Konsaltinqin sahib olduğu 30 illik təcrübə və mütəxəssis məsləhətçiləri ilə ən yaxşı universitetlərə müraciət etməyinizi təmin edir.

Xarici Universitetə Müraciət xidmətimizdən istifadə edərək, Xarici Universitetlərə tez və etibarlı şəkildə müraciət edin.

1- Sizi qəbul edə biləcək ən yaxşı universitetlərin müəyyənləşdirilməsi.

2- Ərizə formlarının doldurulması, zəruri sənədlərin siyahısını təqdim etmək

3- Niyyət məktubunun yoxlanılması və düzəldilməsi, arayış və cv nümunələrinin verilməsi

4 - IELTS, TOEFL, PTE, SAT, GMAT və ya GRE kimi imtahanlara müraciət edilməsi və hazırlıq kursları

5- Faydalanabiləcəyiniz təqaüdlər bildirilməsi və müraciəti

6- Professional və sürətli viza müraciət dəstəyi

Məlumat İstə

Xaricdə Təhsil- Məlumat İstə!


Pulsuz Broşur

Pulsuz Broşur İstə!


Birə-bir Görüşmə İstəyin

Birə-bir Görüşmə İstəyin.