Təhsil Nazirliyi tərəfindən verilən təqaüd imkanları

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil. 


Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərin birbaşa təhsil meəssisələrin müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra fərdi müqavilə əsasında təhsil almasıdır. 

Eyni zamanda, müasir dövrdə gənclərimizin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması prosesinin daha sistemli və səmərəli aparılmasını təmin edən Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. 

Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili haqqında ətraflı məlumatı    www.xaricdetehsil.edu.gov.az ala bilirsiniz.

Proqramda iştirak qaydaları haqqında ətraflı məlumat almaq üçün  - http://xaricdetehsil.edu.gov.az/c-namizedler/ 

Təqaüdü istifade edə biləcəyiniz bölümlər:

(Higher Education Management, Engineering, Oil Industry, Chemistry, Biology, Nanotechnology, Agriculture, Physics, Math, Medicine, Tourism, Information Technology, Ancient Languages)

»İngiltərədəki təqaüd verən universitetlərlə pulsuz yerləşdirmə xidməti üçün tıklayınız!

Məlumat İstə

Xaricdə Təhsil- Məlumat İstə!


Pulsuz Broşur

Pulsuz Broşur İstə!


Birə-bir Görüşmə İstəyin

Birə-bir Görüşmə İstəyin.