İngiltərədə Təhsil Haqqında

Böyük Britaniyada ali təhsilin əsası XII əsr, Oksford və Kembric universitetlərinin yaradılması ilə qoyulub. XIX əsrin əvvəllərinə qədər bu universitetlərdən başqa İngiltərədə universitet yox idi.
XIX əsrdə Böyük Britaniyanı əhatə etmiş sənaye inqilabı ölkəni təcrübəli idarəedicilər və başçılar yetişdirmək məcburiyyətində qoydu. Bir çox sənaye mərkəzlərində yeni universitetlər yarandı. 1836-cı ildə London universiteti, 1851-ci ildə Mançester, 1900-cu ildə Birminhem, 1903-cü ildə Liverpul, 1909-cu ildə Bristol, 1926-cı ildə Redinq universitetləri, İkinci Dünya müharibəsindən sonra isə Nottinhemdə (1948) universitetlər açıldı.
Bu universitetlərin binaları müasir olduqlarından yaxın vaxtlaradək, onları “yenilər” və ya “şüşəlilər” adlandırırdılar. 1992-ci ildə univertizasiyanın yeni dalğası 33 politexnikumun universitetlərdə dəyişilməsinin başladığı dövrə təsadüf edir.
Böyük Britaniyada köhnə universitetlərlə yenilər arasındakı fərq demək olar ki, get-gedə yox olmağa başlayır. Lakin yenə fərqlər mövcuddur. Yenilər sənaye və ticarətlə bağlı olub, öz təhsil proqramlarını sahibkarların tələblərinə uyğun olaraq qururlar. Köhnələr isə bunu yerli və milli iqtisadiyyatla əlaqələri nizamlayaraq həyata keçirmək istəyirlər. Bununla yanaşı, nəzəri fənlərə də yer verilir – fəlsəfə, ədəbiyyat, tarix, təbiət elmləri və s. Köhnə universitetlər xarici tələbələri hər zaman özlərinə cəlb etməyə çalışırlar.
Ingılterede Elmi dərəcələr
İngiltərədə elmi dərəcələr kursu müvəffəqiyyətlə bitirən tələbələrə verilir. Müxtəlif universitetlərin verdikləri dərəcələr formal olaraq bir-birlərindən fərqlənmirlər. Lakin təcrübədə onların “sanballı” universitetin adından asılıdır.
İngiltərə və Uelsin universitetlərində birinci elmi dərəcələr:
BA – humanitar elmlər üzrə bakalavr
BSc – texniki elmlər üzrə bakalavr
LLB – hüquq üzrə bakalavr
BEd – pedaqoji elmlər üzrə bakalavr
Bmus – musiqi üzrə bakalavr
BM – tibb üzrə bakalavr
MA – humanitar elmlər üzrə magistr
MSc – texniki elmlər üzrə magistr
LLM – hüquq üzrə magistr
MBA – iş administrasiyası üzrə magistr

Ingılterede Təhsilin müddəti
Böyük Britaniyada universitetlərə tələbələr 18 yaşından başlayaraq qəbul olunur. Bakalavr pilləsi 3-4 il davam edir. Lakin elə sahələr var ki, onların öyrənilməsi üçün iş təcrübəsi də lazımdır. Bu sahələrin təhsil müddəti o birilərindən uzundur. Məsələn, dizaynerlər əvvəlcə hazırlıq kursu keçməli, sonra əsas üçilliyi bitirməlidirlər. Tibbin stomatologiya sahəsinə və ya memarlığa yiyələnmək üçün 7 il təhsil almaq lazımdır. Magistr dərəcəsini almaq üçün isə 1 il vaxt tələb olunur.
Ingılterede Unıversıtete Qəbul üçün tələblər
İngiltərə universitetlərinə qəbul üçün A-levels adlı Britaniya imtahanlarını vermək və ya Avropa proqramı üzrə İnternational Baccalaureate təhsilini bitirmək lazımdır. Xarici tələbələr üçün Foundation proqramı mövcuddur. Foundation-ın müxtəlif – biznes və iqtisadiyyatla, dizaynla, hüquqla, humanitar və texniki peşələrlə, kompüter texnologiyaları və farmakologiya ilə bağlı İngiltərənin müvafiq fakültələri üzrə tələbələr hazırlayan kursları fəaliyyət göstərir. Bu kurslar 9 ay davam edir.
Böyük Britaniya universitetlərinə qəbul olmaq üçün dilbilmə dərəcəsi belə olmalıdır:
Foundation International English Language Testing System (İELTS) 5.5 – 6.5
Bakalavr 6.0 – 6.5
Magistratura və MBA 6.5 – 7.0
(Qeyd: International English Language Testing System – bu test imtahanı doğma dilləri ingilis dili olmayanlar, ingilisdilli ölkələrdə yaşamaq, təhsil almaq istəyənlər üçün ingilis dilini qavrama səviyyəsini müəyyən edən imtahandır.)
Foundation-a qəbul üçün aşağıdakı sənədlər lazımdır:
- Attestatın sürəti və ya orta məktəbdən hazırkı qiymətlər barədə arayış
- Məktəb direktorundan tövsiyə
- İngilis dili müəllimindən tövsiyə
- İELTS testlərinin nəticələri
Magistraturaya və MBA-ya qəbul üçün tələb olunan sənədlər
- Diplom (Ali təhsil)
- Diploma əlavə
- Universitetdən iki tövsiyə, MBA üçün isə peşəkarların tövsiyələri
- Xülasə
- İELTS-in nəticələri

Məlumat İstə

Xaricdə Təhsil- Məlumat İstə!


Pulsuz Broşur

Pulsuz Broşur İstə!


Birə-bir Görüşmə İstəyin

Birə-bir Görüşmə İstəyin.